17 oktyabr tarixində Roma Papası Fransisk Əfqanıstanın şiə məscidlərində törədilən hücumları qınayıb. Bu barədə shiawaves xəbər verib.

Roma Papası insanları zorakılıqdan çəkinməyə çağırıb.

Oktyabrın 9-u və 15-i Əfqanıstanın Kunduz və Qəndəhar əyalətlərində yerləşən şiə məscidlərində iki partlayış törədilib. Hər iki hadisə Cümə namazı zamanı baş verib. İŞİD silahlı qruplaşması baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.