Dünən, oktyabrın 17-si Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Əlirza Qafarov vəfat edib. Bu barədə report xəbər verib.

Qafarovun oğlunun verdiyi məlumata görə, atasının ölümünə koronavuris xəstəliyi səbəb olub. O, bir neçə gün əvvəl virusa yoluxmaya görə xəstəxanaya yerləşdirilib.

Hacı Əlirza QMİ-nin Təşkilat şöbəsinin müdiri vəzifəsini icra edib və 60 yaşında vəfat edib.