17 oktyabrdan etibarən Səudiyyə Ərəbistanı Məkkədəki Məscidul-Hərəm və Mədinədəki Məscidul-Nəbi ziyarətgahlarında olan məhdudiyyətləri aradan qaldırır. Zəvvarlar öz ibadətlərini azad şəkildə yerinə yetirə bilərlər. Bu barədə aljazeera xəbər verib.

Koronavirus yayılandan sonra ilk dəfədir ki, Səudiyyə Ərəbistanı zəvvarların məhdudiyyət olmadan qəbul edilməsinə icazə verir. Artıq açıq havada maskadan istifadə etmək və məsafə saxlamaq kimi qaydalar yığışdırılıb. Lakin COVID-19 peyvəndinin iki dozasının olması zəruri olaraq qalır.

2020-ci ilin mart ayında Səudiyyə Ərəbistanı koronavirusa görə Ümrə ziyarətinin fəaliyyətini dayandırmışdır. 9 avqust tarixindən etibarən isə peyvənd olunmuş əcnəbi vətəndaşlara Kəbəni ziyarət etmək icazəsi verilmişdir. 17 oktyabr tarixinədək ibadətgahı gündə cəmi 100 min zəvvar ziyarət edirdi.