Məscid Lerik rayonunun Ambu kəndi ərazisində yerləşir. İbadət evi yerli sakinlər tərəfindən inşa olunub.

Məscidinin tutumu 80 nəfər təşkil edir. İbadətgah çay daşlarından tikilib və sarı rənglə boyanıb. İbadət evinin damı şiferlə örtülüb. İbadətgah “P” şəkillidir və onun yan tərəflərində yardımçı otaqları var. Məscidin damında azan vermək üçün dördkünc formalı günbəz mövcuddur. İbadətgahın ön tərəfində qəhvəyi rəngdə üç plastik pəncərə qoyulub.

Burada əvvəllər köhnə məscid mövcud idi. Lakin məscid yağışın təsirindən dağılmışdır. Bu səbəbdən yerli sakinlərin köməyi ilə məscid sökülərək yerində yenisi tikilmişdir. Köhnə məscid 1970-ci ildə inşa olunmuşdur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

Lerik rayonu Ambu kənd məscidi Lerik rayonu Ambu kənd məscidi Lerik rayonu Ambu kənd məscidi Lerik rayonu Ambu kənd məscidi Lerik rayonu Ambu kənd məscidi Lerik rayonu Ambu kənd məscidi