Məscid Lerik rayonunun Akuşəpeştə kəndi ərazisində yerləşir.
İbadətgah qırmızı və ağ kərpicdən tikilib. İbadət evinin ön tərəfində ağ rəngli plastik qapı var. Məscidin damı dəmirlə örtülüb.
Akuşəpeştə kəndində əvvəllər məscid olmayıb və yerli sakinlər məhərrəm aylarında qonşu kəndlərə və ya evlərdəki təkiyyələrə üz tutubdular. Qışda bu çətin olduğuna görə, kənd ərazisində yeni məscid binası tikilməyə qərar verilib.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.