Məscid Astara rayonu Məscidməhəllə kəndində yerləşir. İbadət evi 1903-cü ildə inşa edilib. İbadətgahın hörmə və xarratlıq işləri yerli ustalar tərəfindən görülüb.

Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Burada eyni anda 120 nəfər ibadət edə bilər. İbadət evinin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Tavan üç sütun üzərində dayanır. İbadətgahın taxtadan tağvari formada iki giriş qapısı və altı pəncərəsi var. Pəncərələr və qapıların üst hissəsi şəbəkə ilə işlənib. Məscidin mehrabı, minbəri və səkkizguşəli günbəzi var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.