Oktyabrın 15-i İŞİD terror təşkilatı Əfqanıstanın Qəndəhar məscidində törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb. Bu barədə İQNA xəbər verib.
Dünən, oktyabrın 15-i Cümə namazı zamanı Qəndəharın Fatimiyyə məscidində iki terrorçu özünü partladıb. Verilən son məlumatda ölənlərin sayının 62-yə, yaralıların sayının isə 88-ə çatdığı bildirilib.
Bu, oktyabr ayı ərzində Əfqanıstan məscidlərində törədilən ikinci partlayışdır. Bundan öncə, 9 oktyabr tarixində İŞİD tərəfindən Kunduz əyalətində yerləşən məscid partladılıb. Hər iki hadisə Cümə namazı zamanı baş verib.