Rabiul-əvvəl ayının 8-i (oktyabrın 15-i) İmam Həsən Əskərinin (ə.s) şəhadətinin ildönümü ilə əlaqədar milyonlarla insan Həzrətin hərəminə axın edib. Bu barədə ziyarətgahın mətbuat xidməti məlumat verib.
Mərasimin hazırlıq işlərində üç mindən çox könüllü iştirak edib. Hərəmin açıqlamasına əsasən, zəvvarlara 1 750 000 yemək payı verilib.
İmam Həsən Əskəri (ə.s) hicrətin 260-cı ilinin rəbiul-əvvəl ayının 8-i Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhadətə çatıb. İmam İraqın Samirra şəhərində dəfn olunub. Bugün Həzrətin məzarı şiələrin ziyarət yerlərindən birinə çevrilib.