Məscid Lənkəran rayonunun Ürgə kəndi ərazisində yerləşir. İbadətgah 1988-ci ildə yerli əhali tərəfindən inşa olunub.

Məscidin ön tərəfində iki qapı və yeddi pəncərə var. İbadətgahın taxta tavanı iki taxta sütun üzərində dayanır. İbadət evinin damı şiferdəndir. Məscidin günbəzi güldəstə formasındadır, minbəri isə üçpilləlidir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.