Məscid Lənkəran rayonunun Tuado kəndində yerləşir. İbadət evi 1998-ci ildə inşa edilib. Kənd sakini və xeyriyyəçi Qənbərov Ağabəy kənd ərazisində əvvəllər mağaza kimi istifadə olunan binanı şəxsi hesabına alıb və sakinlərə ibadət evi kimi bağışlayıb.

Məscid düzbucaqlı formadadır. İbadət evinin damı şiferdən örtülüb. İbadətgahın ön tərəfində göy rəngdə üç taxta pəncərə, sağ və sol tərəflərində isə  göy rəngli iki taxta pəncərə var. Məscidin ön tərəfdən sol hissəsində ağacdan göy rəngli taxta qapı yerləşir.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.