Məscid Lerik rayonunun Soru kəndinin ərazisində yerləşir. İbadət evinin inşa tarixi məlum deyil, lakin onun yeni tikilmiş məscid olduğu bildirilir.
Məsciddə eyni anda 120 nəfər ibadət edə bilər. İbadətgah düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadət evinin tavanı taxtadandır, damı isə şifer ilə örtülüb. Məscidin ön tərəfində taxtadan yeddi pəncərə və iki qapı var. Qapılar məscidin sağ və sol tərəfində yerləşir, onların qarşılarına pilləkənlər salınıb. İbadətgahın iki düzbucaq günbəzi var. Günbəzlərin birinin üstündə aypara rəmzi quraşdırılıb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.