Məscid Lənkəran rayonunun Böyük Şürük kəndində, Seyidzadə qəbiristanlığında yerləşir. İbadət evi 1991-ci ildə sakinləri tərəfindən inşa olunub.

Məscid düzbucaqlı formadadır və mişar daşından inşa olunub. İbadətgahın damı qırmızı kirəmitlə örtülüb. Məscidin səkkiz düzbucaqlı pəncərəsi və bir giriş qapısı var.

İbadət evinin giriş qapısının önündə dəhliz və əlavə bir otaq da mövcuddur.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.