Məscid Lənkəran rayonunun Seliqəvon kəndi ərazisində yerləşir. İbadət evi 2008-ci ildə inşa edilib. Məscid kənd əhalisinin yardımı ilə yerli ustalar tərəfindən tikilib.

İbadətgah mişar daşından inşa edilib və beş sütun üzərində dayanır. Məscidin döşəməsi və tavanı ağacdandır. İbadət evinin damı şifer ilə örtülüb və onun üzərində azan vermək üçün kvadrat günbəz yerləşir. Məscidin ön tərəfində bir taxta qapı, sol tərəfində iki pəncərə yerləşir.

Kənddə əvvəllər məscid olmamışdır, yerli əhali isə məhərrəm aylarında ziyarət üçün yaxın qonşu kəndlərdə olan məscid, ocaq və ziyarətgahlara üz tutmuşdular. Məscidin tikilməsinə səbəb qış aylarında qonşu kəndlərə ziyarət və ya ibadət üçün getməyin çətin olması idi.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.