Məscid Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində yerləşir. İbadət evi kənd sakinlərinin və ağsaqqallarının təşəbbüsü ilə yerli ustalar tərəfindən tikilib.
Məscid qırmızı kərpicdən inşa edilib. Bu ibadətgah Lənkəran rayonunun ən böyük məscidlərindən biridir və sahəsi 400 kv. metr təşkil edir. İbadət evinin fasadında iki qapı və beş pəncərə, sağ tərəfində isə bir qapı və iki pəncərə yerləşir. Tağvari formada olan qapı və pəncərələr taxtadandır, pəncərələr şəbəkəlidir. Məscidin tavanı beş sütun üzərində dayanır. Məscidin tavanı, sütunları ağacdan, dam örtüyü isə kirəmitdəndir. İbadət evi iki hissəyə bölünür: kişilər və qadınlar şöbəsi. Qadınların hissəsində şəbistan var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2018.