Hindastanın Pəncab şəhərinin Bhalur kəndində yerli sikxlər və hindular burada yaşayan beş ailə üçün məscid inşa edirlər. Bu barədə oktyabrın 15-i İQNA xəbər verib.
Bhalur kəndində sikxlərin yeddi, hinduların isə iki ibadətgahı var. Yerli sakinlər kənd müsəlmanlarının da ibadət evinin olmasını istəyirlər. Bu səbəbdən onlar müsəlmanlar üçün məscid inşa etmək qərarına gəldilər.
Məscidin tikintisi bu ilin iyun ayından başlayıb. Məlumata görə, bu işə hətta xaricdə yaşayan sikxlər də kömək edir.
1947-ci ildə Pəncabın iki hissəyə bölünməsindən əvvəl burada bir məscid var idi. Lakin sonradan həmin ibadətgah dağıdılıb.