15 oktyabr tarixinə təsadüf edən İmam Həsən Əskərinin (ə.s) şəhadəti münasibətilə Ayətullah Sistaninin Avropadakı nümayəndəsi Seyyid Mürtəza əl-Kəşmiri başsağlığı verib. Bu barədə najaf.org xəbər verib.

O qeyd edib ki, Abbasi xəlifələri İmama (ə.s) qarşı nifrət bəsləyib. Lakin Həzrət ictimai, siyasi, elmi, əxlaqi, ideoloji fəaliyyətə görə camaat arasında hörmət və ehtiram qazanıb. İmam Əskərinin (ə.s) şəhadətindən sonra belə ona qarşı nifrət dayanmayıb və dövrümüzədək davam edib. 2006-cı ildə düşmənlər Həzrətin müqəddəs ziyarətgahını uçuraraq günbəzini dağıdıblar.