Bugün, oktyabrın 15-i Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində cümə namazı zamanı partlayış baş verib. Nəticədə 47 nəfər ölüb, 70 nəfər isə yaralanıb. Bu barədə Aljazeera xəbər verib.

Partlayış Əfqanıstanda şiələrin ən böyük sayılan Bibi Fatimə məscidində baş verib. Deyilənə görə, gündəlik olaraq ibadətgaha 500 nəfər insan gəlir.

Əfqanıstanın DİN-nin sözçüsü öz twitter hesabında bu hadisəni təstiq edib və məyus olduğunu bildirib.

Bir həftə əvvəl, oktyabrın 8-i Əfqanıstanın Kunduz şəhərindəki şiə məscidində də cümə namazı vaxtı partlayış baş verib. Partlayış nəticəsində onlarla insan ölüb, 100-dən çox insan isə yaralanıb. İŞİD baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.