Azərbaycanlı İslam alimi Şeyx Fərazim Badkubeyi 1867-ci ildə Bakı şəhərində anadan olub.

İlk dini təhsilini Bakıda, “Mirzə Həsib Qüdsi” adlı mədrəsədə alıb. Sonra isə o, yerli alim və ruhanilərin ali dərslərinə qoşulub. Təhsilini təkmilləşdirmək məqsədilə Şeyx Fəramiz 1885-ci ildə İraqın Samirra şəhərinə köçüb. Orada səkkiz il qaldıqdan sonra isə təhsilini Nəcəfi-Əşrəfdə davam edib. Nəcəfdə o, mərhum Mirzə Həbibullah Rəşti və Mövla Muhəmməd Fazil Şərəbyani kimi dəyərli alimlərdən tədris alıb. Bu alimlərin elmi sayəsində Fəramiz Badkubeyi ali elmi məqamlara ucalıb.

Alimlik dərəcəsinə yüksəldikdən sonra Şeyx Badkubeyi doğma şəhərinə, Bakıya qayıdıb. Bakıda o, din təbliğatı aparıb, insanlara şəriət qaydalarını izah edib və digər dini maarifləndirmə işləri aparıb. Bildirilir ki, bu görkəmli alim, həmçinin şeir yazmaqla məşğul olub. O öz şeirlərini Mirzə Ziya təxəllüsü ilə yazıb.

Şeyx Fəramiz Badkubeyi 1952-ci ildə dünyasını dəyişib.

Mənbə: aypara.tv

Şəkil: aypara.tv