Məscid Lənkəran rayonunun Mollakənd kəndində yerləşir. İbadət evi 2012-ci ildə inşa edilib. İbadətgah Lənkəran rayonunun ən böyük məscidlərindən biridir. Məscid yerli sakinlərin təşəbbüsü ilə tikilib.

Məscid kərpicdən inşa edilib. İbadət evinin tavanı ağacdan, damı isə kirəmitlə örtülüb. Tavan beş sütun üzərində dayanır. İbadət evinin fasadında iki qapı və beş pəncərə yerləşir. İbadətgahın sağ tərəfində isə tağvari formada bir qapı və iki pəncərə var. Pəncərələr şəbəkəlidir. Hər üç qapının qarşısında artırma var. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi şəbistan var və ora giriş sol tərəfdəndir. Məscidin minbəri və mehrabı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2018.