Məscid Lənkəran rayonunun Mikolan kəndində yerləşir.

İbadətgah Lənkəran rayonunun ən böyük məscidlərindən biri sayılır və onun sahəsi 400 kv. metr təşkil edir. İbadət evi qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadandır və beş sütun üzərində dayanır. İbadətgahın dam örtüyü kirəmitdəndir. İbadət evinin tağvari formada üç qapısı və yeddi pəncərəsi var. Məscidin pəncərələri şəbəkədəndir. Hər üç qapının qarşısında artırma var. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsində şəbistan yerləşir. Məscidin minbəri və mehrabı var.

Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə bu məscid haqqında qeyd olunub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2018.