Məscid Lənkəran rayonunun Mığonojoba (Muğanlı obası) kəndində yerləşir. İbadət evi 1990-cı ildə inşa olunub.

İbadətgah qırmızı kərpicdən tikilib. İbadət evi fasadında iki qapı və beş taxta hündür pəncərələr var. Məscidin sağ tərəfində tağvari formada bir qapı və iki şəbəkəli pəncərə yerləşir. İbadət evinin hər üç qapının qarşısında artırma var, tavanı isə beş sütun üzərində dəyanır. İbadətgahın tavanı, sütunları ağacdandır, dam örtüyü isə kirəmitdəndir və yaşıl rəngdədir. Məscidin pilləkəni daşdandır və beşpilləlidir.

İbadətgahın mərkəzində şəbistan yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.