Oktyabrın 15-i keçiriləcək İmam Həsən Əskərinin (ə.s) şəhadəti münasibətilə İraqın Samirra şəhərindəki həzrətin hərəmində hazırlıq işləri aparılır.

Keçiriləcək əzadarlıq mərasimi üçün hərəmdə matəm rəmzləri asılır, xalçalar döşənir. Xidmət göstərmək üçün 3 mindən çox könüllü iştirak edir.