Oktyabrın 12-si Türkiyənin Cəfərilik inancının tanıtım, araşdırma və tədris dərnəyinin (CAFERİDER) sədri  Həsən Babur Azərbaycana gəlib. Bu barədə hacıshahin.az xəbər verib.

Sədr Bakının Məşədi Dadaş məscidinə dəvət olunaraq İkinci Qarabağ müharibəsinin qaziləri ilə görüşüb. Görüşdə qazilərin xatirələri dinlənilib və onların döyüş yoldaşları anılıb. Həsən Babur müharibə iştirakçılarının qəhramalıqlaını dəyərləndirib və Türkiyədə də onların dillər əzbəzi olmasını bildirib.

Bakıya səfər çərçivəsində sədr bir sıra din xadimləri ilə, o cümlədən ruhani Hacı Şahinlə görüşüb. CAFERİDER sədri Şahin Həsənliyə Türkiyə şiələrinin lideri Səlahəddin Özgündüzün salamını çatdırıb. Görüşdə iki ölkə arasında olan dini münasibətlərin zəruriliyi haqqında danışılıb.

İyulun 21-i Hacı Şahin İstanbulda Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzlə görüşüb. Türkiyəyə etdiyi səfər çərçivəsində Şahin Həsənli İstanbulun Zeynəbiyyə dərnəyinə də baş çəkib. İlahiyyatçı dərnəyin rəhbəri ilə görüşüb, qurumun fəaliyyəti ilə yaxından tanış olub.