Məşədi Dadaş məscidinin dini icması məhərrəm ayının daxıl olması ilə iki ay ərzində koronavirusdan əziyyət çəkmiş ailələrə imam ehsanları göndərib. Ümumilikdə 1000-ə yaxın ailəyə yardım olunub. Bu barədə 13 oktyabr tarixində Hacı Şahinın mətbuat xidməti məlumat verib.

Yardım aksiyası məhərrəm ayında başlanıb və səfər ayının sonunda başa çatıb. Hər həftə 100-dən çox ailəyə birdəfəlik ərzaq yardımı paylanıb, yeni tədris ili başladığı üçün şagirdlərə də məktəb ləvazimatları hədiyyə olunub.

Cari ilin may ayında da Ramazan bayramı münasibətilə Məşədi Dadaş məscidinin dini icması ehsanlar paylayıb. Artıq ənənəvi olaraq orucluq ayında “Ramazan sovqatları”, Məhərrəm ayında İmam Hüseyn (ə.s) ehsanları, Qurban bayramında isə qurban ətləri paylanılır.