13 oktyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşü başa çatıb. Görüşün sonunda bəyanat imzalanıb. Bu barədə Reportun Rusiya bürosu xəbər verib.

Bəyanata əsasən, Azərbaycan və Ermənistan dini liderləri xalqlar arasında sülhün bərqərar olmasına dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. İtkin düşənlərin taleyini aydınlaşdırmağa və əsirlərin azad edilməsinə çağırırıq. Bu gün insanlar arasında etimadı bərpa etmək mühümdür. Etimadın təminatı dini ziyarətgahlara, tarixi abidələrə və qəbiristanlıqlara, o cümlədən inanclıların dini duyğularına hörmətdir.” – bəyanatda bildirilir.

Patriarx Kiril problemləri müzakirə etmək üçün üz-üzə ğəlməyə hazır olduğuna görə dini liderlərə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Tanrıya inanc və sevgi uzun faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər.

Şeyxülislam Allahşükür Paşazadənin Rusiyaya səfəri 11 oktyabrda başlayıb və 14 oktyabra qədər davam edəcək. Səfər çərçivəsində İkinci Qarabağ müharibəsinin şəhidlərinin anım məclisi təşkil ediləcək.