Məscid Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşir. İbadət evi 1924-cü ildə inşa olunub. 1993-cü ildə məscid Kəlbəhüseynli kənd sakinləri tərəfindən sökülüb və yenidən tikilib.
Məscidin binası dördbucaq formasındadır və kərpicdən tikilib. İbadət evinin tavanı taxtadan, damı isə dəmirdəndir. Damının tağvari formasında olan dəmir təbəqələrin üzərində “Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” adları həkk olunub. Məscidin yeddi pəncərəsi var. İbadətgahın giriş qapıları taxtadandır və üzərilərində dəmirdən artırmalar var. Məscidin bir dəmir təbəqə ilə örtülmüş günbəzi var, minarəsi isə yoxdur. Günbəzin diametri 7, hündürlüyü isə 10 metrdir.
Kəlbəhüseynli kənd məscidi yerli əhəmiyyətli tikilidir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az