Məscid Lənkəran rayonunun Diryan kəndində yerləşir. İbadət evi 2015-ci ildə kənd sakinləri tərəfindən inşa edilib.

Məscid mişar daşından düzbucaqlı formada tikilib. İbadət evinin tavanı taxtadandır, damı dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində tağvari formada dörd plastik pəncərə və iki qapı var. Məscidin girişində iki pilləkən var. Pilləkənlərin üstündə yağışdan qorunmaq üçün dəmir dirəklər üzərində dam örtüyü düzəldilib. Məscidin damında azan vermək üçün günbəz var.

Əvvəllər bu məscidin yerində köhnə məscid var idi. Həmin məscid 1915-ci ildə kərpicdən inşa edilib. Sonradan tikili yararsız hala düşüb və yerində yeni məscid inşa edilib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.