Məscid Lənkəran rayonunun Biləsər kəndində yerləşir. İbadətgah 1996-cı ildə inşa olunub.

İbadət evi mişar daşından yerli ustalar tərəfindən tikilib.

Bu ibadətgahın yerində əvvəllər köhnə məscid var idi. Bu məscid kərpicdən inşa olunmuşdur, lakin yağış suları nəticəsində divarları dağılmışdır. Onun yerində sonradan yeni məscid tikilmişdir. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə köhnə məscid haqqında qeyd olunmuşdur. Sovet dövründə məscid fəaliyyət göstərməyib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.