Ali dini idarənin nümayəndəsi Şeyx Əbdül-Mehdi məhərrəm və səfər aylarında ehtiyacı olan ailələrə yarım milyard dinar məbləğində yardım edildiyini açıqlayıb. Bu barədə 12 oktyabr tarixində İmam Hüseynin (ə.s) hərəminin mətbuat xidməti məlumat verib.

Şeyx Əbdül-Mehdi qeyd edib ki, İmam Rza (ə.s) vəqfinə bağlı olan komitələr var və onlar ehtiyacı olan insanları tapıb araşdırırlar. Sonra isə məlumatların düzgünlüyünü yoxlayırlar və bazaya əlavə edirlər. Yardım əsasən ev tikmək, tibbi əməliyyatlar etmək, dərman almaq və gənclərin evlənməsi üçün nəzərdə tutulub.