İl yarım fasilədən sonra oktyabrın 12-si İmam Hüseynin (ə.s) hərəmində camaat namazı qılınıb. Bu barədə hərəmin mətbuat xidməti xəbər verib.

Gündəlik namazların camaatla birgə qılınmasına icazə verilsə də, cümə namazlarına bu məhdudiyyət hələ də qalmaqdadır.

Bu müddət ərzində camaat namazlarının dayandırılması səbəbi koronavirus olub.