Dubayda keçirilən EXPO-2020 sərgisində dünyanın ən böyük Quran nüsxəsi nümayiş etdirilib. Bu barədə oktyabrın 13-ü İQNA xəbər verib.
Sərgiyə nüsxənin yalnız bir hissəsi çıxarılıb. Bu Quran qızıl üzlüklü alüminium hərflərlə yazılıb və onun hazırlanmasında 200 insan iştirak edib. Layihənin rəhbəri pakistanlı incəsənət ustası Şahid Rəssamdır.
Kitabın bir səhifəsinin uzunluğu 2,6 metr, eni isə 2 metr təşkil edir. Hər səhifədə 150 söz var. Hazırkı nüsxənin ümumi olaraq 550 səhifədən ibarət olacağı qeyd olunub.
Sərgiyə çıxarılan Quran nüsxəsinin hazırlanma işləri beş ildir davam edir. Kitabın tam hazır olması 2022-ci ildə gözlənilir. Bundan öncə Şahid Rəssam qızıl üzlüklü alüminiumla Allahın 99 adını hazırlayıb. Bu işinə görə o, 2000-ci ildə BƏƏ-nin əl-Eyn universitetinin qızıl mükafatı ilə təltif edilib.