Məscid Astara rayonunun Artupa kəndində yerləşir. İbadət evi 1907-ci ildə yerli əhali tərəfindən inşa olunub.
Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadandır və dörd sütun üzərində dayanır, damı isə kirəmitlə örtülüb. Məsciddə eyni anda 150 nəfər ibadət edə bilər. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbələri. Qadınlar şöbəsi ikimərtəbəlidir və əsas zaldan taxta arakəsmə ilə ayrılır. İbadətgahın tağvari formada üç giriş qapısı və altı pəncərəsi var. Pəncərələr şəbəkə ilə işlənib. İbadət evinin minbəri beşpilləlidir və taxtadan hazırlanıb, mehrabı isə kərpicdəndir.
Məscidin 2,5 metr hündürlüyü olan günbəzi dörguşəlidir. Günbəzin üstü kirəmitlə işlənib.
Sovet dövründə ibadət evi anbar kimi istifadə olunub. 1989-1990-cı illərdə məscid təmir edilib, damı isə dəyişdirilib.
Astara rayonu Artupa məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az