12 oktyabr tarixində Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya etdiyi səfər çərçivəsində Patriarx Kiril ilə görüşüb. Bu barədə Report.az xəbər verib.

Görüşdə Patriarx Kiril qeyd edib ki, dini liderlərin arasında olan danışıqları siyasi amil çətinləşdirir. Buna baxmayaraq, dini liderlər ən mürəkkəb məsələləri belə müzakirə edirlər.

30 ildən çox mövcud olan tanışlığımız dövründə elə bir mövzu olmayıb ki, bizi bir-birimizdən ayırsın və ya hər hansı gərginlik yaratsın. Biz hər zaman müzakirə etdiyimiz bütün məsələlərin həllini tapmışıq və tapmaqda davam edirik. Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir” – deyə Patriarx Kiril bildirib.

Görüşdə, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Şeyxülislam Allahşükür Paşazadə 11-14 oktyabr tarixlərində Rusiyada səfərdə olacaq. 13 oktyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin də görüşü gözlənilir.