Səudiyyə Ərəbistanında şəhid məzarlarının dağıdılması planlaşdırılır. Bu barədə İQNA xəbər verib.
Məlumata görə, hökümət qəbiristanlığın insanlar tərəfindən ziyarət yerinə çevrilməsindən narahatdır. Bu səbəbdən şəhid ailələrindən öz yaxınlarının məzarlarının dağıdılması istənilib. Ölkə rəhbərliyinin bu planı tanınmış alim şəhid Baqir Nimrin yaşadığı Qətif əyalətində həyata keçirmək istədiyi bildirilib.
2020-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında yerləşən bir sıra şəhidlərin məzarları dağıdılıb. Həmin il Ayətullah Nimrin çıxış etdiyi İmam Hüseyn (ə.s) hüseyniyyəsi də uçurulub.