ABŞ-nın üçüncü prezidenti Tomas Ceffersona məxsus Quran nüsxəsi Dubayda keçirilən beynəlxalq sərgi “EXPO-2020”-da 3 ay ərzində nümayiş etdiriləcək. Bu barədə İQNA xəbər verib.

Corc Saylın tərcümə etdiyi nüsxə 1734-cü ilə aid edilir və iki cilddən ibarətdir. Quran ABŞ konqresi kitabxanasında saxlanılır və ilk dəfədir ki, ABŞ-ı tərk edir.

Tomas Ceffersonun prezidentliyi 1801-1809-cu illərə təsadüf edir. Güman edilir ki, o həmin Quran nüsxəsini universitetdə oxuyarkən alıb.

Sözügedən beynəlxalq sərgi ilk dəfə 1851-ci ildə Londonda baş tutub. 2020-ci ildə sərginin Dubayda keçirilməsi nəzərdə tutulusa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb. “EXPO-2020” oktyabrın 1-i başlayıb və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

 

 

Video: İQNA