Məscid Lənkəran rayonunun Şirinsu kəndində yerləşir. İbadət evi 1990-cı ildə kənd camaatı tərəfindən inşa edilib. Məscidin ustası Məşədi Qurbanəlidir. İbadət evi Şirinquyu adı ilə də tanınır.

İbadətgah düzbucaqlı formaya malikdir və qırmızı kərpicdən tikilib. Məscidin damının örtüyü qırmızı kirəmitlə işlənib. İbadət evinin minbəri taxtadandır və dördpilləlidir. İbadət zalındakı şəbəkələr usta Rza tərəfindən işlənib. Məscidin günbəzi dördguşəlidir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.