Məscid Lənkəran rayonunun Boladi kəndində, Mollaoba məhəlləsində yerləşir. İbadət evi hicri-qəməri təqvimilə 1345-ci ildə (1924) inşa edilib. Məscidin giriş qapısının üstündəki taxtada onun inşa tarixi yazılıb.

Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadətgahın tavanı taxtadan, damı isə qırmızı kirəmitdəndir. Tavan düzbucaqlı formadadır və dörd taxta sütun üzərində dayanır. İbadət evinin üç qapısı var. Onlardan ikisi tağvari, biri isə düzbucaqlı formadadır. Əsas ibadət zalında taxtadan düzəldilmiş, altı tağvari pəncərə qoyulmuşdur. İbadət evinin minarəsi və günbəzi yoxdur. İbadətgahın minbəri taxtadandır və dördpilləlidir.

Lənkəran rayonu Boladi kənd məscidi yerli əhəmiyyətli abid hesab edilir.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.mct.gov.az