11 oktyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşüb. Bu barədə QMİ xəbər verib.
Verilən xəbərə görə, səfər oktyabrın 14-nə kimi davam edəcək. Səfər çərçivəsində Patriarx Kiril ilə görüş keçiriləcək. Moskvada Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşü də gözlənilir.
Paşazadə Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyada yaşıyan azərbaycanlılarla və dini konfessiya nümayəndələri ilə İkinci Qarabağ müharibəsinin şəhidlərinin anım məclisini təşkil edəcək.
QMİ-nin sədri Rusiyaya Patriarx Kirilin dəvəti ilə yollanıb. 5-7 oktyabr tarixlərində Şeyxülislam Qazaxıstanda səfərdə idi. Orada o, dini liderlərin görüşündə iştirak edib, Qazaxıstanda yaşayan azərbaycanlılarla görüşüb və Vətən şəhidlərinin anım mərasimi keçirib.