Mədrəsə Lənkəran şəhərində, Alaboxça məhəlləsində, Səttərxan küçəsi 2-də yerləşir. Mədrəsə 1993-cü ildən fəaliyyət göstərir.
Abbasiyə mədrəsəsi dini və dünyəvi elmlər tədris edən ibtidai tipli mədrəsədir. Burada Qurandan, şəriətdən, İslam dininin tarixindən dərslər keçirilir, ərəb və fars dilləri öyrədilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az