Məscid Lənkəran rayonunun Viravul kəndinin Türkoba məhəlləsində yerləşir. İbadət evinin inşa tarixi XIX ilə aid edilir.
Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadandır və üç taxta sütun üstündə dayanır. İbadətgahın damı dəmir təbəqə ilə örtülmüşdür. Məscidin tağvari formada iki qapısı və dörd pəncərəsi var. İbadət evinin mərkəzində şəbistan yerləşir. İbadətgahın üçpilləli minbəri və bir günbəzi var.
Sovet dövründə ibadət evindən anbar kimi istifadə olunub. 1960-cı ildə məscidin fəaliyyəti bərpa edilib. 1980-ci ildə kənd sakinləri tərəfindən məsciddə təmir işləri aparılıb.
2016-cı ildə məsciddə əsaslı təmir işləri aparılıb.
Veravul kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.