Almaniyanın Köln şəhərinin meri Cümə məscidində səsucaldıcılar ilə azanın verilməsinə icazə verib. Bu barədə İQNA xəbər verib.
Məlumata görə, azan cümə günləri veriləcək. Şərt olaraq azan 10 dəqiqədən çox çəkməməli və səsucaldıcıların səsi çox güclü olmamalıdır. İcazə iki il sınaq müddətinə verilib.