Bugün oktyabrın 10-u Yezid ibn Müaviyənin Kəbə evinə hücum etdiyi gündür. O, hicri-qəməri tarixi ilə 64-cü ildə Məkkəni viran etmiş, müsəlmanların qibləsi olan Kəbə evini yandırılması əmrini vermişdi.

İmam Hüseynin (ə.s) şəhadətindən sonra Yezidə qarşı qiyamlar başlamışdı. Mədinə əhlindən bir qrup insan Yezidi görmək üçün Şam şəhərinə yollanmışdı. Onlar Yezidin məclisdə şərab içən və açıq aşkar günah etməsini görmüşdülər. Bu hadisədən sonra onlar Mədinəyə qayıdıb, gördüklərini insanlara danışdılar. Bu səbəbdən Mədinə əhalisi Yezidə qarşı qiyama qalxdı.

Bu xəbər Yezidə çatdıqda o, böyük bir ordunu Mədinəyə göndərib. Şəhər əhli hücumu dəf etmək üçün toplanıb və iki ordu Hirrə adlı yerdə müharibə ediblər. Məğlüb olduqlarını anlayan mədinəlilər şəhərə geri qaydıb və Peyğəmbər (s) məscidinə sığınıblar. Yezidin ordusu isə şəhərə daxil olub, Məscidun-Nəbiyə hücüm edib.

Bu hadisədən sonra Yezidin ordusu Məkkəyə yollandı və Kəbə evini viran etdi. Onlar, katan parçalara neft töküb, yandırıb və mancanaqla Kəbə evinə atdılar. Yezid Kəbəyə hücum əmrini verdikdən 11 gün sonra öldü. Bu səbəbdən ordu Şama geri qayıtdı.