Məscid Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşir. İbadətgahın inşa tarixi 1990-1993-cü illərə aiddir. Məscid kənd sakini Məhəmməd Qulamhüseyn oğlu Nəsirovun təşəbbüsü və qəsəbə sakinlərinin vəsaiti hesabına tikilib.

İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa edilib. İbadətgahın tavanı taxtadandır, damı isə dəmirlə örtülüb. Tavan düzbucaqlı formaya malikdir və taxta sütun üzərində dayanıb. Məscidin ibadət zalında 3 qapı və 11 pəncərə var. Qapı və pəncərələr taxtadan düzəldilib və tağvari formadadır. İbadət evinin minbəri taxtadandır və yeddipilləlidir. Əsas ibadət zalında yardımçı otaqlar yerləşir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://gomap.az