İmam Hüseynin (s.ə) hərəminin ərazisinin genişləndirilməsi işlərinə başlanılacaq. Bu barədə oktyabrın 7-si shiawaves xəbər verib.
Hərəmin sahəsinin 100 min kvadratmetr böyüdüləcəyi bildirilib və beləliklə hərəm iki yeraltı mərtəbədən ibarət olacaq. Bu sahənin 70%-i ibadət üçün, qalan hissəsi isə 600 tibb məntəqəsi üçün ayrılacağı qeyd olunub. Üstəlik yeni ərazidə qonaqları qarşılamaq və ziyarət qruplarını itirmiş zəvarlar üçün xüsusi məkan ayrılacaq.
Hərəmin Mühəndis və Texniki işləri şöbəsinin rəhbəri bildirib ki, tikinti işlərinə Camadiul-əvvəl ayının 5-i (təqribən dekabrın 10-u) başlanılacaq. Bu tarix İmam Hüseynin (ə.s) bacısı Xanım Zeynəbin (s.ə) mövludu gününə təsadüf edir.
İmam Hüseynin hərəminin genişləndirilməsi planı 2014-cü ildə tərtib olunub.