9 oktyabr tarixində Prezident İlham Əliyev Hadrutda yeni məscidin təməlini qoyub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.

İlham Əliyev 9 oktyabr tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, daha sonra isə Tuğ kəndinə yollanb.

Hadrut qəsəbəsi 2020-ci ilin oktyabrın 9-da işğaldan azad edilib. 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş torpaqlarda əvvəllər 67 məscid mövcud olub. Onlardan çoxu işğal zamanı dağıdılıb, dağılmayan məscidlər isə müxtəlif məqsədlər üçün istifadə edilib.