Şiələr üçün halal əyləncə Shia TV Box platforması yaradılıb. Məlumata görə, Shia TV Box qeyri-kommersiya layihəsidir və həqiqi İslamın təbliği və cəmiyyətə xidmət məqsədilə hazırlanıb. Shia TV Box canlı yayımlar, tv kanallar, İslam filmləri, seriallar, sənədli filmlər təqdim edir.

Yayımlar ingilis, ərəb, fars, urdu və digər müxtəlif dillərdə təqdim edilir. Shia TV Box saytında bildirilir ki, bir sıra platformalarda çəkilən filmlər qadağan olunmuş kadrlardan ibarətdir. Son zamanlar isə məşhur kino-planformalarla müsəlmanlar arasında qalmaqal yaşanır. Bunun qarşısını almaq məqsədilə müsəlmanlar üçün dini media-platforma hazırlanıb.

2020-ci ilin noyabr ayında Netflix kino şirkətinin “Doğru nişanlı” serialı qalmaqal yaradıb. Filmdə müsəlmanların hindistan qadınlarını aldatması və İslamı məcburən qəbul etdirməsi nümayiş olunub. 2020-ci ildə istifadəçilər Netflix-i onun çəkdiyi “Mignonnes” filminə görə tənqid ediblər. Həmin filmdə uşaqlar ədəbsiz olaraq əks etdirilib. Posterdə bir qrup məktəbli qız “twerk” rəqsinin pozalarında göstərilib. Sonradan Netflix üzr istəyib və afişanı dəyişdirib.