Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana 5-7 oktyabr tarixlərində keçirilən səfər çərçivəsində müsahibə verib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.
Müsahibədə şeyxülislam qeyd edib ki, islamofobiya, ksenofobiya, xristianofobiya, antisemitizm kimi ideologiyalar dünyada global sabitliyi pozur. Bunun qarşısını almaqda Qazaxıstan forumu kimi tədbirlərin keçirilməsi mühüm rol oynayır.