Bugün, rabiul-əvvəl ayının birinci günü, Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrət etdiyi gündür.

Hicrət zamanı Həzrəti Məhəmmədin (s) Peyğəmbəlriyindən üç il keçmişdir. Müşriklər Məhəmməd Peyğəmbəri öldürməyi planlaşdırmışdırlar. O zaman Cəbrail Həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirmişdi.

Müşriklər gecə Peyğəmbərin evinə girib ona yatan zaman hücüm etmək istəmişdilər. Lakin Həzrəti Əli (ə.s) öz canını fəda edərək Peyğəmbəri (s) qorumuşdu. O, Allah Rəsulunun yerinə yatağa uzanmışdı. Bu zaman Məhəmməd Peyğəmbər artıq Məkkədən uzaqlaşmış idi.

Peyğəmbərin (s) Mədinə şəhərinə hicrəti nəticəsində İslam dininin ilk cəmiyyəti formalaşdı. Bununla da müsəlmanların sayı artmağa başladı.

Bu gün oruc tutmaq, Peyğəmbər (s) və İmam Əlini (ə.s) ziyarət etmək bəyənilir.