Oktyabr ayının 7-si Müqtəda Sədr Nəcəfdə Ayətullah əl-üzma Seyyid Sistanini ziyarət edib. Bu barədə ABNA xəbər verib.

Keçirilən görüşün səbəbi və təfərrüatı haqqında rəsmi açıqlama verilməyib.

Müqtəda Sədr İraqın Sədr hərəkatının lideridir. Mənbədə Sədrin bu səfərinin oktyabrın 10-u keçiriləcək parlament seçkiləri ilə əlaqəli olduğu bildirilib. Qeyd olunur ki, Seyyid Sistani İraqda keçirilən parlament seçkilərinə təsir etməyə qadirdir. Bu səbəbdən iştirak edən partiya rəhbərləri onunla görüşməyə çalışırlar.

Avqustun 16-sı sosial şəbəkələrdə Müqtəda Sədrin Seyyid Sistaninin evinin yaxınlığında taksidən düşməsi barədə videolar yayılmışdır. Həmin gün onun Ayətullah Sistanini ziyarət etməsi ehtimal olunurdu. Görüşün baş tutub tutması haqqında rəsmi məlumat verilməmişdir.