Məscid Lənkəran rayonunun Təngivan kəndində yerləşir. İbadətgah inşası 1994-1995-ci illərdə inşa olunub. Məscid kənd camaatının vəsaiti hesabına tikilib.

İbadətgah düzbucaqlı formaya malikdir və qırmızı kərpicdən inşa olunub. İbadət evinin damı qırmızı kirəmitlə işlənib, tavanı isə taxtadandır.

Məscidin altı pəncərəsi var. Pəncərələrin üst hissəsi yarımdairəvi formadadır. İbadət evinin giriş qapıları ağacdandır və onların örtüyü dəmirdəndir. Məscidin iki daş pilləkəni var.

2012-ci ildə kənd sakinlərin dəstəyi ilə məscidin dam örtüyü dəyişdirilmişdir. 2015-ci ildə isə isə məscidin həyətində quyu qazılmışdır.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.